Bir neçə gün əvvəl həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu itirən aparıcı Ece Erkenin yanına ilk gedənlərdən biri küsülü olduğu müğənni Demet Akalın olub.
Axşam.az xəbər verir ki, Demet həyat yoldaşı Okan Kurtla birlikdə Ecenin evinə yollanıb. O, bir neçə saat aparıcının yanında olub, ona təsəlli verib.
Qeyd edək ki, vəkil Şafak Mahmutyazıcıoğlu restoranda silahlı hücuma məruz qalıb. Güllələndikdən sonra xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum ötən gün Rizedə dəfn edilib.
