Aparıcının ərinin qətlində şübhəli bilinənlər saxlanıldı - Video

Aparıcının ərinin qətlində şübhəli bilinənlər saxlanıldı - Video
2651 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlunu qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, 19 fərqli ünvanda eyni vaxtda həyata keçirilən əməliyyat zamanı daha 9 nəfər tutulub.

Şübhəlilərdən ikisi "qəsdən adam öldürmə"də təqsirli bilinən Kadir Yasak və Ali Yasakdır. Qətli törətməkdə şübhəli bilinərək tutulanların sayı ilk saxlanılanlar Uğur Can Bilge və Gökhan Karakan da daxil olmaqla ümumilikdə 11 nəfərdir.

Sözügedən şəxslər kirayə qaldıqları evlərdə tərkisilah edilib. Hazırda şübhəlilərin polis bölməsində dindirilməsi davam edir.

Şübhəlilərin saxlanılması xəbərlərinin ardından Ece sosial media hesabında paylaşım edərək hislərini bu sözlərlə ifadə edib:

“Rəbbim, çox şükür. Allahım, çox böyüksən, çox, nə çəkdiksək onlar da çəksin!

Onlar tutulana qədər nəfəs almadıq. Allaha şükürlər olsun ki, cəzasız qalmadılar, amma yalvarıram, ən ağır cəzanı alsınlar, bizi yaşayarkən öldürdülər. Rəbbim həm bu dünyada, həm də axirətdə onlara gün işığı göstərməsin". 

Əməliyyat zamanı polis əməkdaşları tərəfindən lentə alınanan görüntüləri təqdim edirik: