Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
1478 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Leonid Kuravlev vəfat edib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor bu gün 85 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, L.Kuravlev pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Lakin aktyorda koronovirusun olması təsdiqlənməmişdi.

Sənətçi "Belə bir oğlan yaşayır", "Viy", "Qızıl buzov", "İvan Vasilyeviç peşəsini dəyişir", "Afonya" kimi filmlərdə oynadığı obrazlarla tanınıb.