Ölümünə səbəb olduğu rejissorun ailəsi aktyoru məhkəməyə verdi

Ölümünə səbəb olduğu rejissorun ailəsi aktyoru məhkəməyə verdi
823 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Alek Bolduin çəkiliş meydançasında ölümünə səbəb olduğu quruluşçu rejissor Qalina Xatçinsin ailəsi tərəfindən məhkəməyə verilib.

Axşam.az xəbər verir ki, "Associated Press"in məlumatına görə, iddia Nyu-Meksiko məhkəməsində Qalinanın həyat yoldaşı və oğlunun adından qaldırılıb.

Alekdən başqa, rejissor köməkçisi Devid Holls və kinorejissor Ketrin Uolters də qətl işinə görə ittiham olunacaq. 

Mərhumun ailə üzvlərinin sözlərinə görə, müttəhimlər təhlükəsizlik problemlərindən xəbərdar olsalar da buna məhəl qoymayıblar. Burada söhbət sözügedən hadisədən əvvəl baş vermiş, lakin faciəyə səbəb olmayan üç təsadüfi atəşdən gedir.

İddianamədə Alekin "ehtiyatsız davranışı" və çəkiliş meydançasında olan ekspertlərin silahların təhlükəsiz olduğuna dair verdiyi zəmanətlər də yer alıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında ABŞ-da "Rust" filminin çəkilişi zamanı baş verib. Aktyorun ssenari əsasında açdığı atəşlərdən biri Qalinanın ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu. Alek bir müddət sonra Qalinanın  həyat yoldaşı Mett və oğlu ilə görüşüb qucaqlaşmışdı.

Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.