Xəbər verdiyimiz kimi, “McDonalds” şəbəkəsi Rusiyada yerləşən 850-yə yaxın restoranını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
Axşam.az xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi hücumlarıdır. Restoranların bağlanacağını eşidən ruslar məkana yollanıblar.
Fast-food almaq üçün yaranan izdihamın görüntüləri sosial şəbəkədə paylaşılıb. İnsanlar yemək almaq üçün növbəyə düzülüb.
İnsanlar həmin görüntüləri 1990-cı ildə Moskvada "McDonlads"ın ilk restoranının açılması zamanı yaranan izdihamla müqayisə ediblər.


1990-cı il
