“WhatsApp” messenceri istifadəçilər üçün yeni məhdudiyyət tətbiq etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Məhdudiyyət mesajların yenidən göndərilməsini qadağan edəcək. Belə ki, messencerin yeni beta versiyasında istifadəçi "göndərilib" işarəli mesaj alarsa, həmin məlumatı qrup halında bir neçə çata eyni zamanda göndərmək mümkün olmayacaq.
Mesajı qrup halında bir neçə çata yollamaq üçün isə həmin məlumatı növbəti dəfə seçmək və göndərmək lazım olacaq.
Məhdudiyyətin nə vaxt qüvvəyə minəcəyi isə hələlik bəlli deyil.