Fransız kosmetika şirkəti "L'Oreal" Rusiyadakı mağazalarını bağladığını və onlayn çatdırılmanı dayandırdıqlarını açıqlayıb.
Axşam.az xəbər verir ki, şirkətə eyniadlı brenddən əlavə "Garnier", "Maybelline New York", "Lancome", "Vichy", "NYX" və digər markalara aiddir. Şirkətdən həmçinin 2010-cu ildən Kaluqa vilayətində fəaliyyət göstərən zavoda, eləcə də Rusiyadakı reklamlara investisiyaların dayandıracağı bildirilib.
Bundan başqa, ötən gün məlum olub ki, "MAC", "Clinique", "Bobbi Brown", "Jo Malone", "Origins", "DKNY", "Tom Ford Beauty", "Kilian", "La Mer, Dr. Jart+", "The Ordinary" və "Le Labo" brendləri də eyni məzmunlu bəyanatla çıxış edib.
Həmçinin "Dove", "Rexona", "Black Pearl", "Clean Line" və "Velvet Hands"in mərkəzi "Unilever" şirkəti də Rusiyadakı fəaliyyətini müvəqqəti olaraq dondurub.
İsveçrənin saat istehsalçısı "Rolex" də öz məhsullarının Rusiyaya ixracını dayandıran şirkətlər sırasında yer aldığını açıqlayan bəyanatla çıxış edib.
Qeyd edək ki, yuxarıda adı keçən və digər bütün şirkətlər bu addımı Rusiyanın fevralın 24-dən etibarən Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlara etiraz əlaməti olaraq atıb. Onlar Rusiyanın bu hərəkətini pisləyib və ukraynalı qaçqınlara yardım üçün müxtəlif məbləğlərdə ianələr veriblər.