Rusiyaya daha bir zərbə “WarnerMedia”dan gəldi

Rusiyaya daha bir zərbə “WarnerMedia”dan gəldi
344 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın “WarnerMedia” holdinqi (çoxmillətli kütləvi informasiya vasitələri və əyləncə konqlomerat korporasiyası) Ukraynaya qarşı yönəlmiş hərbi əməliyyatla əlaqədar Rusiya ilə əməkdaşlığı dayandıracaq.

Axşam.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ceyson Kiların işçilərə göndərdiyi məktubda deyilir.

"WarnerMedia" Rusiyanın Ukraynaya təcavüzü fonunda bu ölkədəki bütün yeni sövdələşmələri dayandırır. Bu, bizim kanalların Rusiya qurumları ilə yeni məzmunun yayımını, lisenziyasını, həmçinin film premyeralarını və oyun buraxılışlarını dayandırmaqdan ibarətdir" - deyə, məktubda bildirilir.

Ceysonun sözlərinə görə, şirkət Ukraynadakı vəziyyəti əsas götürərək gələcəkdə Rusiyadakı fəaliyyəti ilə bağlı qərar verəcək.

Qeyd edək ki, "WarnerMedia"ya "Warner Bros.", "CNN", "HBO" və "HBO Max" daxildir.