Oleq Qazmanovdan Rusiyadan getməsi ilə bağlı iddialara reaksiya

Oleq Qazmanovdan Rusiyadan getməsi ilə bağlı iddialara reaksiya
907 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Oleq Qazmanov Rusiyadan getməsi ilə bağlı xəbərləri təkzib edib

Axşam.az xəbər verir ki, bu barədə sənətçinin instaqram hesabında deyilir. O, həmçinin İsrail vətəndaşlığı alması ilə bağlı iddiaların da yalan olduğunu vurğulayıb:

“Dünən xəbər çıxıb ki, guya mənim İsrail vətəndaşlığım var və artıq oraya köçmüşəm. Xeyr, dostlar, Rusiyadayam, musiqi bəstələyirəm, evdə işləyirəm, hər şey qaydasındadır, harasa getməyə hazırlaşmıram”.

Qeyd edək ki, martın 5-də Ukrayna məhkəməsi Oleq Qazmanovun qiyabi həbsi barədə qərar qəbul edib. O, Ukrayna dövlətinin ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinir.