Bu ilin fevralından Türkiyənin "FOX" telekanalında yayımlanan "Son nefesime kadar" serialı final qərarı alıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 5-ci bölümdə izləyicilərinə vida edəcək.
Serialın erkən final etməsinin səbəbi isə reytinqlərdə istənilən nəticəni verməməsi olub.
Qeyd edək ki, ekran işinin baş rollarını Nurgül Yeşilçayla Emre Kınay paylaşır.