Ayrılsalar da övladları oldu

Ayrılsalar da övladları oldu
1859 dəfə oxunub
  • A-
  • A
  • A+

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Maskla keçmiş sevgilisi kanadalı müğənni Qrayms ikinci dəfə valideyn olub.

Axşam.az xəbər verir ki, cütlük ötən ilin sentyabrında ayrılsa da, Qrayms "Vanity Fair"ə verdiyi yeni müsahibə zamanı qızlarının olduğunu bildirib. Körpənin adı Exa Dark Siderel Maskdır və o, surroqat ana vasitəsilə dünyaya gəlib.

Qeyd edək ki, cütlüyün X Æ A-Xii adlı bir oğlu da var. Ümumilikdə 50 yaşlı İlon 7 uşaq atasıdır. Onun birinci həyat yoldaşı, kanadalı yazıçı Castin Maskdan daha beş oğlu var.