Feysbuk və instaqram "rus işğalçılarına ölüm" şüarlarını silməyəcək

Feysbuk və instaqram "rus işğalçılarına ölüm" şüarlarını silməyəcək
458 dəfə oxunub
  • A-
  • A
  • A+

"Meta" şirkəti sahibi olduğu sosial şəbəkələrdə (feysbuk, instaqram) Rusiya ordusuna qarşı zorakılıq məzmunlu paylaşımların yayımlanmasına icazə verəcək.

Axşam.az xəbər verir ki, bu barədə şirkətin sözçüsü Endi Stoun tviter hesabında yazıb.

"Biz zorakılığa çağırış qadağamızı pozacaq siyasi ifadə formalarına müvəqqəti icazə vermişik. Xüsusilə, Ukrayna hadisələri fonunda istifadəçilərin “rus işğalçılarına ölüm” çağırışlarına. Lakin sosial şəbəkələrin administrasiyası rusiyalı mülki şəxslərə qarşı zorakılıq çağırışlarını bloklayacaq" deyə, Endi qeyd edib.