Ukraynalı müğənni bunu Rusiyada qadağan etdi - Video

Ukraynalı müğənni bunu Rusiyada qadağan etdi  - Video
837 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni Maks Barskix Rusiya ərazisində mahnılarının səsləndirilməsinə qadağa qoyub.

Axşam.az xəbər verir ki, bu barədə instaqram hesabında video yayımlayan ifaçı Rusiya şirkətləri ilə bütün müqavilələrini birtərəfli pozduğunu və ölkə ərazisində musiqilərinin səsləndirilməsini qadağan etdiyini açıqlayıb.

"Musiqilərimin Rusiyada hər hansı formada, bütün radio stansiyalarında, televiziya kanallarında, saundtrek kimi səsləndiyi filmlərdə və televiziya şoularında istifadəsini rəsmən qadağan edirəm! Ukraynaya qarşı müharibəyə başlayan ölkədə musiqimin səslənməsini istəmirəm! Mahnılarımın bütün kataloqunu bu ölkənin rəqəmsal məkanından çıxarıram. Bütün ukraynalı sənətçilərə bu addımı atmağı təklif edirəm" - deyə, Maks vurğulayıb.

O, artıq alınan biletlərin pulu ilə bağlı Rusiyadan olan izləyicilərinin sualına isə cavab olaraq onları xeyriyyə məqsədiylə istifadə edəcəyini bildirib.