"Mikrafonu əlindən alacaq heç kim yox idi?" - Tuğba tənqid olundu

"Mikrafonu əlindən alacaq heç kim yox idi?" - Tuğba tənqid olundu
2156 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni-model Tuğba Özay 8 Martda Bursada məkanların birində səhnə alıb.

Axşam.az xəbər verir ki, o, gecədə ifaçı Şebnem Ferahın "Sil baştan" mahnısını səsləndirib. Həmin görüntülər sosial mediada qısa müddət ərzində yayılaraq tənqid olunub. İzləyicilər mahnını Tuğbanın ifasında bəyənmədiklərini vurğulayıblar.

İfaçının ünvanına "Bunu bir də nə bizə, nə də özünə et", "Qulaqlarım, sizdən üzr istəyirəm", "Mahnı oxumamaq lazımdır bəzən", "Çox pis", "Yandı, bitdi, kül oldu mahnı", "Şebnem Ferah öz mahnısını tanıdı görəsən?", "Mikrafonu əlindən alacaq heç kim yox idi?" kimi şərhlər gəlib.