530 milyonluq yaxtasına əl qoyuldu

530 milyonluq yaxtasına əl qoyuldu
1401 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyada martın əvvəlində Ukraynadakı vəziyyətə görə Aİ-nin sanksiya siyahısına daxil edilmiş rusiyalı iş adamı Andrey Melniçenkonun “A” yaxtası həbs edilib.

Axşam.az xəbər verir ki, bu haqda "La Repubblica" qəzeti məlumat yayıb. Biznesmenin gəmisi dünyanın ən böyük şəxsi yelkənli yaxtası hesab olunur, uzunluğu 142 metr, dəyəri isə 530 milyon avrodur. Yaxta məşhur fransız dizayneri Filip Stark tərəfindən hazırlanıb və 2008-ci ildə Almaniyanın Kiel şəhərində suya buraxılıb.

Andrey Melniçenko “Forbes”in ən zəngin rusiyalı biznesmenləri siyahısında yer alıb. onun və ailəsinin sərvəti 11,6 milyard dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra bir çox biznesmenin əmlakına əl qoyulub.