Bir il əvvəl itkin düşən modelin cəsədi çemodandan tapıldı

Bir il əvvəl itkin düşən modelin cəsədi çemodandan tapıldı
4936 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Qretta Vedlerin Moskvada yoxa çıxması ilə bağlı məlumat 2021-ci ilin fevralında ortaya çıxıb.

Axşam.az xəbər verir ki, model sonuncu dəfə paytaxtın Lesnaya küçəsindəki otelində görünüb. Model ondan 150 min rubl oğurlayan sevgilisindən qaçmaq üçün ora köçüb. Oğlan isə onu qisas almaqla hədələyib.

Dostu onun zənglərə cavab vermədiyini deyərək, modellə bağlı polisə müraciət edib. Axtarış tədbirləri uzun müddət nəticə verməyib. Vedlerin cəsədi bir il sonra tapılıb. Onun cəsədi maşının baqajında olan çemodanda aşkar edilib. Avtomobil Moskvada yox, Lipetskdə olub.

Hüquq mühafizə orqanlarındakı mənbə rus mediasına açıqlamasında şübhəli şəxsin saxlanıldığını deyib. Həmin şəxs onun keçmiş sevgilisi olub. Hazırda cinayətin necə baş verdiyi araşdırılır. Saxlanılan şəxs artıq qızı oteldə öldürdüyünü, meyitini isə çemodanda oradan çıxardığını etiraf edib. Keçmiş sevgilisinin qalıqlarını bir il ərzində bağçada baqajda saxlayıb.