Amerikalı aktyor Uilyam Hört 72 yaşını qeyd etməyə bir həftə qalmış vəfat edib.
Axşam.az xəbər verir ki, aktyorun oğlunun sözlərinə görə Uilyam ötən gün təbii səbələrdən evdə dünyasını dəyişib.
Qeyd edək ki, aktyor 1985-ci ildə "Hörümçək qadının öpüşü" filmində canlandırdığı obraza görə "Oskar" alıb. U.Hört "Qara dul", "Qisasçılar", "Beowulf", "Challenger", "Damages" kimi bir çox ekran işində çəkilib.