Fevralın 14-də Demet Özdəmirə evlilik təklifi edən müğənni Oğuzhan Koç toy tarixlərini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi müsahibəsi zamanı yayda nikah masasına əyləşəcəklərini deyib:
“Hələlik dəqiq planlar yoxdur. Tarix üçün qərar verəcəyik. Onun da mənim də indi işlərimiz çoxdur, uyğun tarixi seçib, tezliklə toy etmək istəyirik. Yayda olacaq, amma məkan bəlli deyil”.
Qeyd edək ki, Oğuzhan və Demet bir müddət əvvəl qısqanclıq səbəbindən ayrılmışdılar.