Hande Erçeldən eşq iddialarına cavab

Hande Erçeldən eşq iddialarına cavab
1475 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hande Erçel iş adamı Atasay Kamərlə adının eşq dedi-qodularına qarışmasına münasibət bildirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Birsen Altuntaş Erçelin yerinə sosial şəbəkədə paylaşım edərək xəbərlərin yalan olduğunu bildirib.

O, aktrisanın “Eşq yoxdur, yeni münasibət istəmirəm, hazırda işlərimlə məşğulam” söylədiyini açıqlayıb.

Qeyd edək ki, aktyor Kərəm Bürsindən yeni ayrılan aktrisanın təqdimat gecəsində Atasayla səmimi görüntülərinin yayılmasının ardınca sonra sosial şəbəkədə "Kərəm Bürsinə xəyanət edib" kimi şərhlər yazılmışdı.

Hazırda isə Hande Erçel Atasay Kəmərin sahibi olduğu “Atasay” zinət əşyaları brendinin simasıdır.