Hollivud ulduzu Sandra Bullok aktyorluq karyerasına fasilə verib.
Axşam.az xəbər verir ki, amerikalı aktrisa müvəqqəti olaraq filmlərə çəkilməyəcəyini bildirib. O, çəkiliş meydanına nə zaman qayıdacağı ilə bağlı məlumat verməyib.
“İşimə çox ciddi yanaşıram. İndi isə sadəcə 24/7 uşaqlarım və ailəmlə olmaq istəyirəm" - deyə, Sandra vurğulayıb.
Qeyd edək ki, Sandra "The blind side" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatı qazanıb. 2014-cü ildə Hollivudun ən çox qazanan aktrisaları siyahısına liderlik edib.