Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 118 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 345 nəfər COVID-19 infeksiyasına yoluxub, 32 364 nəfər isə sağalıb.