Ukraynadakı vəziyyəti pisləyən rusiyalı blogerə cinayət işi açıldı

Ukraynadakı vəziyyəti pisləyən rusiyalı blogerə cinayət işi açıldı
534 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya İstintaq Komitəsi bloger Veronika Belotserkovskiyə qarşı cinayət işi açıb.

Axşam.az xəbər verir ki, buna səbəb blogerin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla bağlı paylaşımları olub. Qurumun mətbuat xidmətindən yayımlanan bəyanatda deyilir:

"Veronika Belotserkovskiyə qarşı cinayət işi başlanıb. Onun əməllərində cinayət əlamətləri görünür. O, Rusiya Silahlı Qüvvələrinin hərəkətləri haqqında bilərəkdən yalan məlumatları etibarlı xəbər adı altında yayaraq ictimai fikrin yayınmasına səbəb olur”.

İstintaq Komitəsi hesab edir ki, Veronikanın paylaşımları dövlət orqanlarını və Silahlı Qüvvələrini nüfuzdan salır. Həmçinin bildirilib ki, onun beynəlxalq axtarışa verilməsi məsələsi üzərində iş aparılır.

Xatırladaq ki, Veronika Fransada yaşayır.

Qeyd edək ki, Veronika fevralın 24-dən etibarən hesabında Rusiya hakimiyyətinin hərəkətlərini pisləyən yazılar dərc edir. Rusiyada martın 4-də qəbul edilən qərara əsasən, hərbi əməliyyatlarla bağlı dezinformasiyanın yayılması ağır nəticələrə səbəb olarsa, həbs müddəti 10 ildən 15 ilədək olacaq.