"Sotheby's" və "Christie's" hərrac evləri Ukraynadakı vəziyyətlə əlaqədar rus sənət əsərlərini auksiona çıxarmaqdan imtina edib.
Axşam.az xəbər verir ki, onlar Londonda "Rus həftəsi"ni keçirməkdən imtina edəcəklərini bəyan ediblər.
Qeyd edək ki, “Rus həftəsi” adlanan tədbir ənənəvi olaraq ildə iki dəfə keçirilirdi: maydan iyunun sonuna və noyabrın əvvəlindən dekabrın sonuna kimi.