“Dünya gözəli” seçildi - Video

“Dünya gözəli” seçildi - Video
1391 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün 70-ci “Miss World 2021” beynəlxalq gözəllik müsabiqəsi baş tutub.

Axşam.az xəbər verir ki, Polşadan olan 22 yaşlı Karolina Belyavska “Dünya gözəli” seçilib. Tacı ona “Dünya gözəli 2019” titulunun sahibi Toni-Enn Sinqx təqdim edib.

Yarışda ikinci yerə amerikalı Şri Sayni, üçüncü yerə isə Kot-d'İvuardan olan Oliviya Yayse layiq görülüb.

Xatırladaq ki, titul uğrunda müxtəlif ölkələrdən 97 qız mübarizə aparıb. Onlardan 40 ölkənin nümayəndəsi finala qədər yüksələ bilib.

Qeyd edək ki, müsabiqə koronavirus səbəbi ilə ötən il təxirə salınmalı olub.