Ukraynanın Xalq artisti Ani Lorakın ilk rəsmi həyat yoldaşı 60 yaşlı prodüser Yuri Fales efsiz, ofissiz qalıb.
Axşam.az xəbər verir ki, prodüser bu haqda sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində onun da evi və ofisi dağıdılıb:
"Hamımız sağıq. Eybi yox, yenidən qurarıq".
Qeyd edək ki, Kiyev meri Vitaliy Kliçko atılan mərmilərin bir çoxunun yaşayış evlərinə düşdüyün bildirmişdi.
Xatırladaq ki, Ani Lorak və Yuri 13 il evli olub. Hazırda onların heç bir əlaqəsi yoxdur.