Ukraynanın Əməkdar artisti, aktrisa Oksana Şvets Kiyevin şəhərinin Rusiya tərəfindən aviazərbəyə məruz qalması nəticəsində həlak olub.
Axşam.az xəbər verir ki, bu barədə 67 yaşlı aktrisanın çalışdığı Gənclər Teatrının Feysbuk səhifəsində məlumat verilib.
Raket zərbələri zamanı Şvets Darnitsa rayonunda yerləşən evdə olub.
Qeyd edək ki, Oksana Şvets 1980-ci ildən Gənclər Teatrında çalışırdı.