Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 101 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 21 354 nəfər COVID-19 infeksiyasına yoluxub, 25 619 nəfər isə sağalıb.