Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktrisa Evrim Doğan ailə həyatı qurub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa həmkarı Yener Özərlə nikah masasına əyləşib.
Cütlüyün özəl günündən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, aktrisa "Kardeşlerim" serialında çəkiləcək.
