Ukrayna vətəndaşlığından imtina etdiyi deyilən Loboda danışdı - Foto

Ukrayna vətəndaşlığından imtina etdiyi deyilən Loboda danışdı - Foto
1211 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Əməkdar artisti Svetlana Loboda vətəndaşlığından imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında videomüraciət yayımlayıb və yazılanları təkzib edib.

“Mənim həmişə yalnız bir vətəndaşlığım olub, var və olacaq - o da Ukraynadır".

Həmçinin Loboda bildirib ki, insanlara kömək etmək üçün əlindən gələni edir:

“Gücüm çatanadək bunu edəcəyəm. Yanımda olanlara təşəkkür edirəm. Əsl qəhrəmanların arasında yaşayıram!”

Qeyd edək ki, daha öncə Lobodanın Ukrayna vətəndaşlığından imtina edərək Malta vətəndaşlığı aldığı deyilirdi.