Sanksiyalara görə itirdiyi məbləğ açıqlandı

Sanksiyalara görə itirdiyi məbləğ açıqlandı
5295 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Qriqori Lepsin ölkəyə tətbiq edilən sanksiyalara görə itirdiyi külli miqdarda vəsaitin məbləği açıqlanıb.

Axşam.az xəbər verir ki, bu barədə “Комсомольская правда” nəşri yazıb:

"Qriqori Leps şou-biznesimizin ən yüksək maaş alan sənətçilərindən biridir. Zəngin musiqisevərlər "Рюмку водки"ı canlı dinləmək imkanı üçün hər axşam 120 min avro (təxminən 226 min manat) ödəməyə hazırdırlar. Son hadisələrə qədər Zemfira və Alla Puqaçovanı dinləmək də baha başa gəlirdi. Ancaq böyük pullar olan yerdə böyük risklər də var. Məlum olub ki, sanksiyalara görə Leps inanılmaz məbləğ itirib".

Nəşr daha sonra "Заказ Артистов" onlayn layihəsinin təsisçisi Kirill Çibisovun açıqlamasından stat gətirib:

"Son 20 il ərzində Leps çox yaxşı qazanıb və onun bir hissəsini Amerika və London banklarında saxlayır. İndi isə müğənni nə Londona, nə də Amerikaya gedə bilir. Onun bütün hesabları dondurulub, pula çıxışı yoxdur. O, sanksiya qurbanıdır. Mənim təxminlərimə görə, Leps 20 milyon dollardan çox (təxminən 34 milyon manat) itirib".