Rusiya “YouTube” onlayn videohostinqini bloklaya bilər.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Roskomnadzor"a yaxın mənbələrdən biri məlumat verib. Onun sözlərinə görə, videohostinq bu gün və ya gələn həftə blok edilə bilər:
"Çox güman ki, gələn həftənin sonuna qədər “YouTube” artıq bloklanacaq. Bilirəm ki, o, ötən həftə bloklanmalı idi, amma "Meta" bağlandı. Əminəm ki, bu, hamısının eyni anda olmaması üçün təxirə salınıb".
Qeyd edək ki, “YouTube” onlayn videohostinqi dövlətdən maliyyələşən Rusiya KİV-ni bütün dünyada bloklayıb.