Koronavirus vəziyyətini ağırlaşdırdı, əməliyyat olundu

Koronavirus vəziyyətini ağırlaşdırdı, əməliyyat olundu
1558 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Dima Bilan bu il ikinci dəfə əməliyyat olunub.

Axşam.az xəbər verir ki, 40 yaşlı sənətçi bu barədə Teleqram kanalında məlumat verib. O, həzm sistemində problemin olduğunu bildirib:

"12 yaşımdan həzm sistemimdə problem var. Koronavirus vəziyyətimi ağırlaşdırdı. Təfərrüatlarını açıqlamayacağam. Onu həll etmək lazım idi".

Qeyd edək ki, Dima infeksiyaya ötən ay yoluxmuşdu.