Türkiyəli şoumen Cem Yılmaz "Erşan Kuneri" serialında rol alan Rüya Demirbulutla birgə restorandan çıxarkən görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor eşq yaşamaları ilə bağlı suallara ironiyayla cavab verib. O, gülərək "Baş-başa yemək yedik" söyləyib. Yılmaz jurnalistin "Xeyirli olsun, deyək" sözlərini isə sərt baxışları ilə qarşılıq verib.
Qeyd edək ki, aktyorun 48, R.Demirbulutun isə 27 yaşı var.
