Toya görə razılaşdığı layihədən ayrıldı

Toya görə razılaşdığı layihədən ayrıldı
1203 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürelin evlilik hazırlıqları davam edir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda "Kıbrıs zafere doğru" serialında baş rollardan birini canlandıran Serkana eyni zamanda film təklifi gəlib. Lakin aktyor toy hazırlıqları ilə bağlı işlərə mane törətdiyi üçün bu təklifdən imtina etməli olub.

Belə ki, aktyor Aytaç Şaşmazın da yer alacağı yeni layihənin çəkilişlərinə qatılan Serkay ekran işindən ayrılıb. O, 6 ay davam etməli olan çəkilişlərin ona uyğun olmadığını bildirib.

Qeyd edək ki, 7 ildir eşq yaşayan cütlük "Kiraz Mevsimi" serialında tanış olub. Özge Serkanın evlilik təklifinə "hə" cavabı verib. Bundan sonra Serkan sevgilisinin barmağına 370 min lirəlik üzük taxıb.