Məşhur reper Kane Uestə "Qremmi" mükafatlandırma gecəsində iştirak etmək qadağan olunub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gecənin təşkilatçıları bunla bağlı məlumat yayıb. Bildirilib ki, buna səbəb reperin internetdəki qeyri-etik davranışlarıdır.
Dostları və pərəstişkarları reperə qarşı haqsızlıq edildiyini bildirib. Amerikalı reper The Game həmkarının tərəfini tutaraq, bunu haqsızlıq adlandırıb.