Rusiyada feysbuk və instaqram sosial şəbəkələri ekstremist fəaliyyətə görə qadağan olunub.
Axşam.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilib ki, bu barədə Moskvanın Tver Məhkəməsi qərar qəbul edib.
Əlavə olunub ki, bu qərar "Meta" şirkətinə məxsus vatsap mesencerinə şamil edilməyəcək. Feysbuk və instaqramdan istifadə edən Rusiya vətəndaşları məsuliyyətə cəlb olunmayacaqlar.
Məhkəmənin qərarı dərhal qüvvəyə minib.