Ruslar artıq onun mahnılarını dinləyə bilməyəcəklər

Ruslar artıq onun mahnılarını dinləyə bilməyəcəklər
623 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı müğənni İvan Dorna Rusiya və Belarusiyadakı dinləyiciləri üçün musiqi kataloqunu bağlayıb.

Axşam.az xəbər verir ki, bu haqda ifaçı teleqram kanalında məlumat yayıb. Hazırda İvanın mahnıları Spotify və "Яндекс.Музыка"dan silinib.

Bundan əvvəl Dorna müəyyən vaxta qədər rusiyalı musiqiçilərlə çalışmağı dayandırmışdı. O, bu addımı Rusiyanın Ukraynaya hərbi hücumuna görə atdığını bildirib.

Qeyd edək ki, bundan əvvəl İvan Rusiyanın Ukraynaya hücumunu pisləyən paylaşım etmişdi.