Məşhur bloger həbs edildi

Məşhur bloger həbs edildi
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur rusiyalı bloger Edvard Bil həbs edilib.

Axşam.az xəbər verir ki, bloger ötən il aprelin 1-də avtombil qəzası keçirib, beş maşın toqquşub. Qəza nəticəsində Dövlət Duması aparatının əməkdaşı Mariya Artemova ağır xəsarət alıb. Qadın bir çox əməliyyatlara dözməli olub və indi əlil arabasında hərəkət edir. Bill onun müalicəsini ödəyir və Artyomovaya pulla kömək etməkdə davam edir.

Əvvəl Bil 2 il azadlıqdan məhrum etmə cəzası alıb. Ötən gün baş tutan məhkəmədə isə ona 1 il 2 ay cəza verilib. Onun vəkili bildirib ki, Bil 6 ay həbsdə qalacaq.