ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt 84 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, siyasətçinin yaxınları bu haqda tvitterdə məlumat yayıb. "Dərin hüznlə bildiririk ki, bu sahədə ilk qadın olan Madlen Olbrayt vəfat edib" deyə, paylaşımda qeyd olunub.
ABŞ-ın ilk qadın dövlət katibi, siyasətçisinin ölümünə səbəb xərçəng olub.