Məşhur amerikalı aktrisa Amanda Bayns 9 il sonra valideynlərinin qəyyumluğundan çıxıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna Kaliforniya ştatının Ali Məhkəməsinin hakimi Roger Olund martın 22-də qərar verib. Hakim bildirib ki, aktrisa 9 il ərzində onun qarşısına qoyulan bütün tələbləri yerinə yetirib.
Amanda artıq valideynlərinin nəzarəti olmadan öz gəlirini, əmlakını idarə edə, həm də şəxsi həyatı ilə bağlı əhəmiyyətli qərarları qəbul edə bilər.
Qeyd edək ki, Amanda 7 ildən çox narkotik və spirtli içki asılılığından əziyyət çəkib. O, bir neçə il psixiatriya xəstəxanasında müalicə alıb.