Niderland kralı Villem Aleksandr Ukraynadan gələn qaçqınlara yardım etmək qərarına gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Villem Amsterdam yaxınlığındakı 15-ci əsrin əvvəlində inşa edilən qəsrlərdən birini ukraynalılara verəcək.
Amsterdamın şərqində kral ailəsinin qonaqlar üçün nəzərdə tutulan evdə 30 nəfər məskunlaşa biləcək.
Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində Niderland 50 minə yaxın ukraynalı köçkünü qəbul edib.


