Kann Film Festivalı tarixində bir ilk yaşanıb.
Axşam.az xəbər verir ki, ötən gün festivalın yeni prezidenti seçilib. Bu vəzifəyə Ayris Knoblokh layiq görülüb. Beləliklə, o, bu vəzifəni icra edən ilk qadın olacaq.
Ayris iyulun 1-dən etibarən 3 il müddətinə vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, o, Kannda son səkkiz ildə prezident postunuda əyləşən Pyera Leskuranı əvəz edəcək.
75-ci dəfə baş tutacaq festival mayın 17-dən 28-dək Fransanın Kann şəhərində keçiriləcək. Bu il Ukraynadakı vəziyyətlə əlaqədar festival Rusiya nümayəndə heyətini qəbul etməyəcək.