Məşhur teatrlarla əməkdaşlığı sonlandırılan Anna nə edəcək?

Məşhur teatrlarla əməkdaşlığı sonlandırılan Anna nə edəcək?
1044 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər veridiyimiz kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bir sıra məşhur opera-teartları Rusiyanın Xalq artisti Anna Netrebko ilə əməkdaşlığı dayandırıb. Son olaraq Almaniya şirkəti CSAM (Centre Stage Artist Management) onunla əməkdaşlığa xitam verib. Mövzu ilə bağlı açıqlama verməyən müğənninin bundan sonrakı fəaliyyəti maraq doğurub.

Axşam.az xəbər verir ki, bu barədə "StarHit"ə Anna və həyat yoldaşı, Xalq artisti Yusif Eyvazovla beş ildən artıqdır işləyən prodüser Maksim Berin danışıb. O, ifaçının mövcud sanksiyalara münasibətini və bundan sonra nə edəcəyini açıqlayıb:

“Hər kəs bildiyi işlə məşğul olmalıdır. Siyasətdən kənarda qalmaq istəyən sənət adamlarının buna tam haqqı var. Anna onlardan biridir. Tanrı ona bənzərsiz səs bəxş edib və o, bütün klassik vokal sənətinin pərəstişkarlarını sevindirməlidir. Almaniya şirkəti üçün belə dəyəri itirmək indiki vəziyyətdə böyük əskiklikdir. Hər bir agentlik Annanın öz sənətçiləri arasında olmasını xəyal edir.

Fəaliyyətinə gəlincə, Annanın bununla bağlı heç bir problemi yoxdur və olmayacaq. Növbəti dörd il üçün onun qrafiki doludur. O, bir az ara verdi, dincəldi, indi öz işindədir. Almaniya şirkəti ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini nəzərə alsaq, dünyanın ən yaxşı sopranosu ilə işləmək üçün bizim əlavə tapşırıqlarımız olacaq. Əvvəllər Rusiyada, Baltikyanı ölkələrdə və MDB-də Annanın maraqlarını təmsil edirdik. Hazırda Avropa və Asiyada, eləcə də İsraildə, ərəb ölkələrində tamaşalar planlaşdırırıq. İşlər davam edir və daha da intensiv olacaq”.