Xəyanət iddialarından sonra barışan cütlük evlənəcək?

Xəyanət iddialarından sonra barışan cütlük evlənəcək?
1282 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Sevda Erginci aktyor sevgilisi Yılmaz Kuntun onu aldatdığını ortaya çıxaran mesajlardan sonra yenidən barışmasına aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, bu barədə o, ötən gün Bebekdə obyektivlərə tuş gələrkən danışıb:

"Ayrılıq sosial mediada əks deyildiyi kimi olmadı. Belə xəbərlərin olacağını bilirdim, amma özəl məsələ olduğu üçün çox danışmaq istəmirəm. Hələlik hər şey qaydasındadır və xoşbəxtik”.

Sevda Yılmazla evlilik planlarının olub-olmamsına da toxunub:

"Hazırda belə bir planımız yoxdur. Buna ehtiyacımız da yoxdur, zatən bir yerdə yaşayırıq. Ailəmizdən də evlənək deyə hər hansı təzyiqi yoxdur. Çox xoşbəxtik".

Qeyd edək ki, daha əvvəl vəkil Seray Öztürkə Yılmazın göndərdiyi iddia edilən mesajlar ortaya çıxmışdı. Bundan sonra həmin ərəfədə evlənməyə hazırlaşan cütlük ayrılmışdı. Seray mövzu ilə bağlı açıqlama yayaraq hesabının oğurlandığını açıqlamışdı. Bir müddət sonra Yılmazla Sevda yenidən barışıb.

Sevda sonuncu dəfə "El kızı" serialında rol alıb.