"Oskar"da Ukraynaya belə dəstək oldular - Fotolar

"Oskar"da Ukraynaya belə dəstək oldular - Fotolar
780 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün Los-Ancelesdə 94-cü "Oskar" mükafatlandırma mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, gecədə əsas ekranda Rusiyanın hərbi əməliyyatlarına məruz qalan Ukraynaya dəstək olduqlarını ifadə edən yazı əks olunub və bir dəqiqəlik sükütla həyatlarını itiriənlər yad edilib.

"Kino bizim üçün münaqişə zamanı insanlığımızı ifadə etmək üçün mühüm vasitə olsa da, reallıq ondan ibarətdir ki, Ukraynada milyonlarla ailənin qidaya, dərmana, təmiz suya və təcili yardıma ehtiyacı var. Resurslar azdır və biz qlobal birlik olaraq daha çox şey edə bilərik. Sizdən Ukraynaya hər cür dəstək verməyinizi xahiş edirik" deyə, yazıda qeyd olunub.

Bundan başqa, mərasimə qatılan qonaqlar da Ukraynaya dəstək olduqlarını sarı, mavi rəngli yaxa lentlərindən istifadə edərək vurğulayıblar. Onlar arasında bəstəkar Dayan Uorren, aktrisalar Yun Ye-junq, Ceymi Li Körtis, aktyorlar Samuel Leroy Jackson, Benedikt Kamberbetç, Ceyson Momoa, Tayler Perri, rejissor Pedro Almodovar yer alıb.

Lakin öncədən aktyor, rejissor Şon Pennin mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışına icazə verməsi ilə bağlı xahişi yerinə yetirilməyib.

Qeyd edək ki, bundan əvvəl "SAG Awards" ("Aktyorlar Gildiyası Mükafatı") mərasimində də məşhurlar Ukraynaya dəstək olduqlarını bu cür nümayiş etdirmişdilər.