Ronaldo tarixə düşən qolunu ölən oğluna həsr etdi

Ronaldo tarixə düşən qolunu ölən oğluna həsr etdi
8241 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo “Arsenal” – “Mançester Yunayted” matçında vurduğu qolla tarixə düşüb.

Axşam.az xəbər verir ki, o, Premyer Liqa və La Liqada 100 qol səddini aşan ilk futbolçu olub. Hücumçu qolu oyunun 34-cü dəqiqəsində qapıya vurmağı bacarıb.

Ronaldo vurduğu qolu ölən oğluna həsr edib. Bu isə stadionda duyğusal anların yaşanmasına səbəb olub. Hər iki komandanın azərkeşləri futbolçunu 7 dəqiqə boyunca ayaqda alqışlayıb.

Qeyd edək ki, Ronaldo aprelin 18-i yeni doğulan əkiz övladlarından oğlunun vəfat etdiyini açıqlamışdı.