Türkiyəli aktyor Aras Bulut İynəmlinin baş rolunu canlandıracağı "Atatürk" serialında rol alacaq simalardan daha birinin kimliyi açıqlanıb.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Mehmet Günsür rol alacaq. O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün atası "Ali Rıza Efendi"ni canlandıracaq.
Qeyd edək ki, layihədə Arasın tərəf müqabili "Harry Potter" filmindəki obrazıyla dünyada tanınan aktrisa Emma Uatsondur. Anası - Zübeyde xanım obrazına isə aktrisa Songül Öden həyat verəcək.
