Uill Smit Amerikanı tərk etdi - Foto

Uill Smit Amerikanı tərk etdi - Foto
1590 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar" mükafatlandırma mərasimində yaşanan qalmaqaldan sonra Hollivud ulduzu Uill Smit Amerikanı tərk edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor hadisədən sonra ilk dəfə Hindistanın Mumbay şəhərindəki hava limanında görüntülənib. Şəhərə özəl təyyarəsi ilə uçan aktyorun hansı səbəbdən Hindistanda olduğu isə hələlik məlum deyil.

Pərəstişkarlarıyla fotolar çəkdirən Smitin son insidentdən sonra yaxşı əhval ruhiyyədə olması diqqət çəkib.

Qeyd edək ki, martın 28-də Los-Ancelesdə baş tutan 94-cü "Oskar" mükafatlandırma mərasimində Hollivud ulduzu Uill Smit aparıcı Kris Roka şillə vurmuşdu. Buna səbəb isə Krisin aktyorun həyat yoldaşının alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafat etməsi olmuşdu. Aktyor daha sonra hərəkətinə görə üzr istəmişdi.

Amerika kinoakademiyası isə Smiti 10 il müddətində "Oskar" mükafatlarından və təqdimat mərasimlərindən uzaqlaşdırıb.