Özünə ev yox, tviteri aldı

Özünə ev yox, tviteri aldı
1051 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən zəngin adamı, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask tviter sosial şəbəkəsini alıb.

Axşam.az xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb. Bildirilib ki, Mask bunun üçün 44 milyard dollar (təxminən 74 milyard 800 milyon manat) ödəyib.

Bir neçə gün əvvəl evinin olmadığını bildirən iş adamı satış üçün bu gün müqavilə imzalayıb. Milyarder dünya liderləri də daxil olmaqla milyonlarla istifadəçi üzərində nəzarəti ələ alıb.

Qeyd edək ki, dünyanın ən zəndin adamı daha əvvəl tvitterin 9,2% payının sahibi olmuşdu. Mask bu yaxınlarda isə sosial şəbəkəni almaq üçün tviter rəhbərliyinə 43 milyard dollar təklif etdiyini bildirmişdi.