Rusiyalı aparıcı Ksenya Sobçak Dubayda 60 milyon rubl dəyərində mənzil alıb.
Axşam.az xəbər verir ki, bu barədə "StarHit" nəşri məlumat yayıb.
Sahəsi 120 kvadratmetr olan mənzil "Regis Residences"də pəncərələri Bürc-Xəlifə binasına baxan ərazidə yerləşir. Ümumilikdə yaşayış kompleksində hovuzlar, restoranlar, spa, fitnes mərkəzləri və uşaqlar üçün əyləncə güşələri var. Bundan əlavə, ev "Dubay Mall"un yaxınlığında yerləşir.
Sobçak özü hələlik alış barədə hər hansı şərh verməsə də müqavilənin bir ay əvvəl bağlandığı bildirilib. Qeyd olunub ki, bu mənzili almaq aparıcı üçün vətəndaşlıq əldə etməkdə ilk addım sayıla bilər. Çünki Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını almaq çox çətindir, lakin daşınmaz əmlak rezidentlik üçün əsas ola bilər.
Qeyd edək ki, Rusiyanın Ukraynada həyata keçirdiyi müharibə fonunda bir çox tanınmış sima ölkəni tərk edib. Onlardan birinin isə Sobçak olduğu bildirilib. Mediada onun İsrailə getdiyi deyilsə də, daha sonra oğlu ilə Tel-Əviv hava limanında görünüb.
Bundan başqa məlum olub ki, teleaparıcı Moskvanın mərkəzində Xamovniki elit yaşayış kompleksindəki mənzilini satıb.

